Qənirə Paşayeva QHT sədri ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilə Milli Məclisdə görüşüb. Görüşdə Azərbaycan həqiqətlərinin dünyada yayılması işinin postmüharibə dövründə də öz aktuallığını saxladığı vurğulanıb. Q.Paşayeva F.Hüseynzadəni “Dünya azərbaycanlılarının palitrası” və “Azərbaycançılıq ideyası-dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitablarını, 44 günlük Vətən müharibəsi ərzindəki fəaliyyətini xatırladaraq ona yeni uğurlar arzulayıb.

Sonda Q.Paşayeva F.Hüseynzadəyə təbrik və təşəkkür məktubu təqdim edib. F.Hüseynzadə bu diqqətə və səmimi görüşə görə Q.Paşayevaya minnətdarlığını bildirib, dövlətimizin güclənməsi və xaricdə tanıtımı, azərbaycançılıq ideologiyasının təbliği, informasiya müharibəsinin aparılması istiqamətlərində fəaliyyətini daha da aktiv şəkildə davam etdirəcəyini deyib.


Paylaş