QHT sədrləri Binəqədidə bir araya gəldilər 

İyunun 9-da qeyri-hökümət təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və Binəqədi nümayəndəliyin sədri İlham Qayıbzadə, “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri İradə Riza-zadə, Əlil Qadınlar Cəmiyyəti ictimai birliyinin sədri Məhluqə Rəhimova, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda ictimai birliyin sədri Firuzə Babayeva, Qarabağ Əlilləri və Veteranları ictimai birliyinin sədri Növrəstə Yusifova və Gələcəyə Qayğı Regionların Sosial-İqtisadi İnkişafına Dəstəyi ictimai birliyinin sədri Azər Əliyev iştirak ediblər. 

Görüşü giriş sözü ilə açan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev “Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir” deyə, bildirdi. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin hər zaman diqqət mərkəzində olduğunu əlavə edib.

 

Görüşdə çıxış edənlər, müharibə veteranlarının əllillik statusunun alınmasında yaranan problemlərin həllinə dəstək olmaq, eyni zamanda son zamanlar bir qrup şəxsin “Qarabağ qazisi”  adından sui istifadə edərək öz mənfəətini güdən,  qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərən və xoşagəlməz hadisələr törədərək ictimaiyyət arasında Qarabağ müharibəsi iştirakçılarının adına ləkə gətirən hadisə kimi qiymətləndirmişlər. İctimai birliklərin sədrləri Qarabağ müharibəsi əlili adından sui-istifadə hallarını pisləyərək, belə halların hər hansı problemin həllinə deyil, əslində cəmiyyətdə ajiotaj yaratmağa yönəldiyini ifadə ediblər. 

 

Sonda görüş iştirakçıları belə bir sui-istifadə hallarının aradan qaldırılmasında mübarizə aparacaqlarını bildiriblər.

Fotolar


Paylaş