Milli QHT Forumunun  X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsinə başlanıldı - SƏNƏDLƏR 

Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıldı. MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcəkdir.

     MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər.

MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur.

       Namizədliyi irəli sürmək üçün tələblər:

  • MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;
  • Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı.

Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix  15 iyun 2021-ci ildir.

Müraciət üçün sənədlər [email protected] e-poçt ünvanına göndərilməlidir.

MQF-nin X Qurultayının 1 ay müddətində keçirilməsi qərara alınmışdır.

Qeyd:  MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.

Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 154 (Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə, 10-cu otaq) 

Əlaqə: 012 493 57 41; 012 493 54 81; 077 415 11 11; 077 415 15 15

e-mail: [email protected] 

Sənədlər Əlavə olunur:

 


Paylaş