Yeni icraçı direktor kimdir? - DOSYE

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclasında Fuad Dərgahlının icraçı direktor təyin 

edilib.

 Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan olub, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirib.

 

1998-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlayıb, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunub. 2012-ci ildən “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.  

Fotolar


Paylaş