QHT sektorunda tətbiq olunan Vergi, Gömrük və Hesabatlılıq Qanunları haqqında müzakirələr aparılıb 

"QHT sektorunda tətbiq olunan Vergi, Gömrük və Hesabatlılıq Qanunlarının Yararlılığının və Uyğunluğunun Qiymətləndirilməsi" mövzusunda dəyirmi masa müzakirəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində "QHT sektorunda tətbiq olunan Vergi, Gömrük və Hesabatlılıq Qanunlarının Yararlılığının və Uyğunluğunun Qiymətləndirilməsi" layihəsi üzrə 26 May 2021-ci il tarixində QHT nümayəndələri dəyirmi masa müzakirəsi keçirilmişdir. 

 

Müzakirədə 50 nəfər QHT nümayəndəsi iştirak etmişdir.

 

 Layihənin direktoru və Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva layihə haqqında geniş məlumat verərək qonaqları salamlamışdır. Tədbirin moderatoru, Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” bölməsinin Kafedra müdiri Firudin Sultanov layihə çərçivəsində QHT nümayəndələri ilə həyata keçirilən sorğular haqqında məlumat vermiş, sorğular nəticəsində ortaya çıxan müvafiq problem və təkliflərə əsasən müzakirəni başlatmışdır. 

 

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi Mirəli Kazımov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları; dövlət vergi müfəttişi Ziya Qasımlı, baş dövlət vergi müfəttişi Səməd Səmədov və İqtisadçı-ekspert Mehdi Babayev iştirakçıların suallarını cavablandırmış, onlar tərəfindən gələn təklifləri nəzərə alacaqlarını bildirmişdirlər. Həmçinin layihə çərçivəsində həm sorğular, həm də dəyirmi masa müzakirələrindən toplanmış rəylər əsasında yekun təkliflər planı hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcəkdir. 

 


Paylaş