QHT-lər üçün Qrant müsabiqəsi elan edilir

 Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın
2020-ci il  üzrə icrası barədə müstəqil qiymətləndirmənin keçirilməsi məqsədilə qrant müsabiqəsi elan edir.

           

            Müsabiqənin mövzusu:

            “ Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın
2020-ci il  üzrə icrası barədə müstəqil qiymətləndirmənin keçirilməsi

 

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış Qeyri Hökumət Təşkilatları iştirak edə bilərlər.

 

Müsabiqədə iştiraka dair tələblər:

•   Dövlət proqramlarının qiymətləndirməsinin keçirilməsi təcrübəsi.

• Qiymətləndirmə 2021-ci ilin iyul ayının 1-nədək həyata keçirilməli və nəticələri təhlil edilməlidir.  

 

Layihələrin təqdim edilməsi:

            Layihə təklifləri 31 may 2021-ci ilədək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

 

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

• Təşkilatın Nizamnaməsinin surəti

• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti

• Təşkilatın VÖEN-nin surəti

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat  

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

 

Qiymətləndirmə meyarları:

• Qurumun təcrübəsi.

• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.

• Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;

• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.

• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 25 may 2021-ci il tarixdən başlayır və 31 may 2021-ci il tarixdə başa çatır.

 

Layihələrin qəbulu üçün son tarix:

 

31 may  2021-ci il, saat 18:00.


Paylaş