QHT Şirvan Milli Parkına səfər təşkil edib

Eko Aləm ictimai birliyi dəstəklədiyi, Aİ-nin Sıfır Çirklənmə Fəaliyyət Planı, 2021-ci ilin yazında planlaşdırılan Avropa Yaşıl Müqaviləsinin əsasıda təşkil edilən “Yaşıl Həftə” siyasəti  tədbirləri çərçivəsində ilk tədbirini Şirvan Milli Parkında həyata keçirib. 

 

22 may 2021-ci il tarixində Şirvan Milli Parkına könüllülərin iştirakı ilə səfər təşkil edilmişdir. Tədbir zamanı “ekokönüllülük” təbliğ edilmiş, park ərazisinə ekotur təşkil edilərək ətraf mühit barədə məlumatlandırılmışlar. Ekotur zamanı könüllülər, ərazidə məskunlaşan, nadir quşları, ceyranları, ümumiyyətlə təbiəti müşahidə etmişlər.

 

Şirvan Milli Parkının əməkdaşları könüllülərə ətraf mühit çirklənmələri, mühafizə olan təbiət ərazilərinin əhəmiyyəti barədə məlumatlar vermişlər. Onlar həmçinin “ekokönüllülük” fəaliyyətinin əhəmiyyətindən danışmış gəncləri ekoloji maarifləndirmişlər.

 

Tədbir zamanı könüllülər parkın ərazisində abadlıq işlərinin aparılmasında parkın işçilərinə yardım etmişlər, ərazidə olan çiçək bağçasında güllər əkmişlər.

Səfərlər gənc könülülərin iştirakı ilə pandemiya qaydalarına nəzarət etməklə həyata keçirilmişdir.

Eko Aləm ictimai birliyinin sədri,

Sevil Yüzbaşeva.


Paylaş