İlham Zəkiyev: Saxta yolla əlillik alanlara münasibətim çox pisdir

Azərbaycanın tanınmış əlilliyi olan şəxslər sağlam ola-ola saxta yollarla əlillik dərəcəsi alaraq hər ay dövlətdən sosial ödənişlər əldə edən, güzəşt və imtiyazlardan yararlananlar barədə açıqlama verib.

 

QHT.az “Qafqazinfo”-ya istinadən  Qarabağ müharibəsi əlili, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevin  açıqlamasını təqdim edir:

 

“Əlbəttə, saxta yolla əlillik alanlara münasibətim çox pisdir. Allah insana sağlam canı ona görə verib ki, bundan istifadə edib öz firavan həyatı, milləti, el-obası üçün çalışsın, əmək sərf etsin. Lakin sağlam olduğun halda gedib müxtəlif vasitələrlə, qanunsuz yolla özünə əlillik dərəcəsi alırsan və başlayırsan müftəxorluq etməyə, havayı qazanc əldə etməyə...Ona görə də belə əməllərin qarşısı alınırsa, bunu yalnız alqışlamaq olar...”


Paylaş
Oxşar xəbərlər