Azay Quliyev: Agentliyin yaradılması aparılan islahatların davamıdır 

Prezident İlham Əliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə---Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılmasına qərar verdi. Bu qərarın əsas məqsədlərindən biri isə dövlətin təhlükəsizliyinin qorunmasıdır. Bir az əvvəl Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi fondu yaradılmışdı və bu qərar mətbuat vahidlərinin həm azadlığını, həm də milli maraqlarımıza zidd olan mümkün təhdidlərin qarşısını almağı nəzərdə tuturdu. QHT-lərə Dövlət Dəstəyi şurası da həm qeyri hökumət təşkilatlarının azadlığını, həm də onların milli maraqlara təhlükə yaradan zərərli əllərə baxma ehtimalının qarşısını almağı nəzərdə tutur. QHT-lərə Dövlət Dəstəyi agentliyinin müşahidə Şurasının sədri Azay Quliyev bu postda ilk müsahibəsini REAL-a verdi... Biz də çalışdıq ki, bugünkü görüşümüzün əsas xəttinə olaraq söhbət edək. Çünki qeyri-hökumət təşkilatı olmaq səni hökumətdən azad edə bilər, amma qeyri -vətən təşkilatı olmaq mümkün deyil!

 

Azay Quliyev: Agentliyin yaradılması aparılan islahatların davamıdır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması ölkədə aparılan islahatların məntiqi davamıdır və yeni reallıqlara əsaslanır.

 

Bunu Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.

 

Onun sözlərinə görə, dəyişiklik QHT-dövlət mexanizminin daha təkmil fəaliyyətinə səbəb olacaq.

 

 


Paylaş
Oxşar xəbərlər