“Vaksinasiya və AstraZeneca peyvəndinin tətbiqi” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Vaksinasiya və AstraZeneca peyvəndinin tətbiqi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə, əməkdar mədəniyyət işçisi, MTRŞ-nın üzvü Telli Pənahqızı, həkim Müsəmbər Səfərova və “İnformasiya Təşəbbüsünə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 

Fotolar

Paylaş