“QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır” – Vüsal Quliyev

Bu fikirləri Aprelin 23-də “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda keçirilən onlayn konfransda Prezident Administrasiyası QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev bildirib.

 

Administrasiyanın məsul əməkdaşı qeyd edib ki, cəmiyyətin bütün sahələrində islahatların keçirildiyi, mühüm iqtisadi dəyişikliklər baş verdiyi bir dövrdə vətəndaşlarımız üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdə cəkinməməlidir, bu prosesdə QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır. 

 

“Bundan başqa ictimai nəzarət təşkilatları da öz fəaliyyət prinsipini yüksək səviyyədə təşkil etməli, bu prosesə nüfuzlu ziyalıları, ictimai-siyasi xadimlərin, fəal həyat mövqeyi tutan vətəndaşların iştirakı ilə müzakirələr təşkil edilməlidirlər. Bu baxımdan keçirilən bu konfransı yüksək qiymətləndirirəm.”

 

Vüsal Quliyev ictimai nəzarətin ölkədə əhəmiyyətindən danışaraq bildirib ki, ictimai nəzarəti güclü olan dövlətin məmurları daha məsuliyyətli hiss edirlər, işlərini daha düzgün yerinə yetirirlər və mövcud problemlər həllini daha tez tapır. Bu da dövlətin inkişafında önəmli rol oynayır.

 

Qeyd edək ki, sözü gedən konfrans Azərbaycan Milli QHT Forumunun (MQF) təşəbbüsü, bir sıra QHT-lərin iştirakı ilə qurulmuş MQF İctimai Nəzarət Mərkəzi tərəfindən keçirilib. 

 Konfransda bir sıra dövlət qurumları, QHT-lər və KİV nümayəndələri iştirak edib.

Fotolar

Paylaş