Dövlət Sosial Müdafiə Fondunda  İctimai şuranın üzvləri ilə görüş olub 

Dövlət Sosial Müdafiə Fondunda  (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş olub. 

DSMF İdarə Heyətinin sədri Himalay Məmişov Fondun fəaliyyət sahələri, həmin sahələrdə aparılan islahatlar, bu islahatların hədəfləri barədə şura üzvlərinə məlumat verib.

Postmüharibə dövründə Fondun Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə əlilləri ilə bağlı sosial dəstək tədbirləri, bu kateqoriyadan olan vətəndaşlara sosial ödənişlərin təyin edilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. 

 

Proaktiv  təyinat mexanizmindən bəhs olunub.   Fondun bütün regional ərazi filialları və qəbul şöbələrində şəhid ailəsi üzvlərinə növbəsiz xidmət göstərildiyi, onların müraciətləri ilə əlaqədar xüsusi vahid pəncərələrin yaradıldığı qeyd edilib. Vətəndaşların məlumatlandırılması və müraciətlərinin operativ cavablandırılması üçün istər sosial platformalarda, istərsə də qəbul mərkəzlərində xüsusi işlərin aparıldığı vurğulanıb.

 

Şura üzvləri sosial dəstək proqramları çərçivəsində görülən işləri yüksək qiymətləndiriblər.

Görüşdə birgə fəaliyyət müstəvisində  görüləcək işlər müzakirə olunub.

Fotolar

Paylaş