Xarici İşlər Nazirliyi yanında İctimai Şuranın yaradılması planlaşdırılır?

Son vaxtlar mərkəzi icra hakimiyyəti yanında ictimai şuraların yaradılmasına geniş formada start verilib. İctimai Şuraların yaradılması qanunvericiliyin tələbi olsa da 2020-ci ilə kimi bu proses bir qədər zəif getmişdir.

Nəhayət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfinin sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na bu məsələ mərkəzi icra hakimiyyəti orqanları qarşısında ciddi qoyulub. Bu gün sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hazırkı XİN rəhbəri Ceyhun Bayramovla görüşüb barədə yaydığı məlumatda da Xarici İşlər Nazirliyində də ictimai şuranın yaradılması məsələsinə diqqət çəkib.

 

“ Sadə dildə desək, müharibə ilə əlaqəli çətin dövrlərə baxmayaraq, Nazirlikdə kadr siyasətində işlərin qaydaya salınmasında, qərarların hazırlanması və qəbul edilməsində kollegiallıq təcrübəsinin geri qaytarılması üçün bir çox işlərin görüldüyünü eşitdiyimə sevindim.  İctimaiyyət və mətbuatla iş üslubunda yeniliklər nəzərdə tutulur. Nazirliyin nəzdində ictimai şuranın yaradılması planlaşdırılır və qeyd edim ki, bu, mövcud qanunvericiliklə nəzərdə tutulub”.


Paylaş