Hər iki ayağını itirmiş qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi -  VİDEO  

Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abdulla Abdullayev döyüşlərin birində ağır yaralanaraq hər iki ayağını itirib.

Prezident İlham Əliyevin Sərəncamı ilə o, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abdulla Abdullayevi yüksək texnologiyalı protezlərlə təmin edib. Mingəçevir şəhər sakini olan Abdulla bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib.

Mərkəzdə ilkin müayinəsi və müvafiq işlər aparılıb. Müəyyən hazırlıq mərhələsindən sonra isə Abdulla  hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin olunub.

Xatırladaq ki, Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb. Artıq 15 hərbçi müasir protezlərlə təmin olunub və bu sahədə işlər davam edir.

Abdulla haqqında qısa videoçarxı təqdim edirik:

 

 


Paylaş