Yeni Media ilə bağlı təlimlər başlayıb

Azərbaycanda Türkiyənin tanınmış Yeni Media mütəxəssisləri (SMM), Nişantaşı Universitenin müəllimləri Dr.Öğr.Üyesi. Özlem Tuğçe Keleş, Dr.Öğr.Üyesi. Zeliha Ocak və Dr.Öğr.Üyesi Yelda Şenkal bu gün Online təlimlərə start verilib.

Təlimlər ödənişsizdir.

Təlimlərə 20 dövlət qurumunda, 20 media qurumunda SMM işini həyata keçirənlər, eyni zamanda BDU-nun Jurnalistika fakültəsinin tələbələri cəlb edilib.

Məqsəd Azərbaycanda bu sahədə çalışanların, həmçinin BDU-nun Jurnlistika Fakültəsinin tələbələrinin praktiki biliklərinin artırılmasına dəstək olmaqdır. Dr.Öğr.Üyesi. Özlem Tuğçe Keleş “Yeni medya ve Dijital Medya Planlama” (10.03.2021, saat 12:00) Dr.Öğr.Üyesi. Zeliha Ocak “Yeni medya ve Gazeteciliğin Dönüşümü (11.03.2021, saat 12:00) Dr.Öğr.Üyesi Yelda Şenkal “Halkla ilişkiler ve medya“değişim/dönüşüm” (12.03.2021, saat 12:00) mövzularında seminar verəcəklər.

Təlim iştirakçılarına Nişntaşı Universitetinin və Global Journalism Council-in sertifikatları veriləcək.

Nişantaşı Universiteti bundan öncə də azərbaycanlı tələbələr üçün televiziya jurnalistikası ilə bağlı təlimlər vermişdi.

Universitet azərbaycanlı şəhid ailələrinin övladlarının təhsil məsələləri ilə bağlı  ciddi işlər görüb.

Universitetin rektoru Prof.Dr Şenay Yalçın və prorektor Dr.Öğr. üzvü Sibel Baykut Vətən Müharibəsi dövründə Azərbaycanda olmuşlar. Hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan etmişlər.

Qeyd edək ki, təlimlər Parlament Jurnalistlər Birliyinin “Media Könüllüləri – 145” layihəsi çərçivəsində BDU-nun Jurnalistika Fakültəsi ilə birgə həyata keçirilir.

Global Journalism Council tərəfdaşdır.

Bundan əvvəl BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün “Müharibə jurnalistikası” və “Televiziya jurnalistikası” üzrə Türkiyənin göstərilən sahələrlə bağlı ekspertləri tərəfindən təlimlər keçirilib. Məqsəd Azərbaycanın gələcək jurnalistlərinin dünyaya çıxışını təmin etmək, bilik və bacarıqlarını artırmaqdır. Bundan sonra ayrı-ayrı dillər və sahələr üzrə təlimlər davam etdiriləcək.

Təlim ayın 11, 12 tarixlərində də davam edəcək.


Paylaş