Agentlik rəhbəri Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin qadın sakinləri ilə görüşüb

"Qocalar evi" kimi tanınan Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin qadın sakinləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüş iştirakçılarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, hazırda Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində 95 ahıl qadına xidmət göstərilir. 

Ən yaşlı qadın sakinin isə 94 yaşı var. 

Onlar burda hər cür qayğı ilə əhatə olunublar. Ahılların yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən şərait mövcuddur. Sakinlər həmçinin daimi olaraq yaşayış şəraiti, qida, geyim və ilkin tibbi xidmətlə təmin olunurlar.

Sonra müəssisənin sakinləri söz alaraq  göstərilən diqqətə və onlara yaradılan şəraitə görə minnətdar olduqlarını bildiriblər.

Eyni zamanda Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov  Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin ən yaşlı xanım sakini Tila xanım 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  öz otağında ziyarət edib. Ona uzun və sağlam ömür diləyib. 


Paylaş