Prezident QHT sədrlərini "Şöhrət" ordeni ilə təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə 3 xanım QHT sədri “Şöhrət” ordeni ilə təltif edilib:

 

Bənənyarlı Səadət İzzət qızı - Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri.

Cəfərova Novella Cəfər qızı - Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri.

Qocamanlı Səltənət Məmməd qızı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri.

 

QHT.az olaraq, dəyərli həmkarlarımızı təbrik edir və fəaliyyətlərində uğurlar arzu edirik.

 

Fotolar

Paylaş