DOST mərkəzlərində xidmət yüksək səviyyədədir – QHT sədri

 Azərbaycan inkişaf və islahatı bütün sahələrdə davam etdirir. Ölkənin ən mühüm sahələrindən olan sosial sahədə isə köklü dəyişikliklər və yeniliklər davam edir. Bu fikirləri açıqlamasında QHT sədri Zülfiyyə Nuriyeva bildirib.  

 

Z.Nuriyeva qeyd edib ki,  Azərbaycanın  birinci xanımı, birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın islahatlara dəstək verən mühüm ideyası DOST layihəsidir. Bu mərkəzlər ölkəmizin sosial idarəetmə sistemində mühüm yer tutacaq. 

 

Ölkəmizdə aparılan islahatlar çərçivəsində reallaşdırılan tədbirlərin əsas ana xətti vətəndaşlara göstərilən sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması təşkil edir. Bu xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi əsas prinsiplərdəndir – deyə Zülfiyyə Nuriyeva qeyd edib.

 

 QHT sədri bildirib ki, bu gün DOST mərkəzlərində vətəndaş məmnunluğunun yüksək olması onu göstərir ki, bu xidmət sosial sahədə işlək mexanizm olaraq daha da inkişaf edəcək.


Paylaş