Mövqe Sənədinin hazırlanması üzrə onlayn təlim keçirilir

 

AZMP-nın İnstitusional Potensialının Yaradılması layihəsi çərçivəsində sizləri onlayn təlimə dəvət edirik.

Təlimin adı: Mövqe Sənədinin hazırlanması


Təlimçi: Rövşən Ağayev “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin iqtisadi eksperti və tədqiqatçısı

Təlim 16 Fevral 2021-ci il saat 14.00- 17.00 onlayn rejimdə keçiriləcək. 20 dəqiqə fasilə verilməklə iki hissədən ibarət olacaq. Hər hissə  1.20 dəqiqə çəkib, ümumilikdə  3 saat davam edəcək.

Təlim  açılış və giriş, yekun və  qiymətləndirmə də daxil olmaqla  aşağıdakı hissələrdən ibarətdir və  bunları  öyrədir. 

Mövqe sənədinin mahiyyəti 

Mövqe sənədinin məqsədi

Sənədin hədəf auditoriyası

Mövqe sənədinin çərçivələri

Sənədin hazırlanmasına qarşı tələblər

Mövqe sənədini hazırlamağa iddialı olan müəllifin hazırlığı üçün tələblər

Mövqe sənədinin xarakterik xüsusiyyətləri

Mövqe sənədinin elementləri

Sənədin strukturu və struktruna qarşı tələblər

 Hazır mövqe sənədlərinin nümunələri və iştirakçıların təklif etdiyi mövzular əsasında sənədinin strukturunun hazırlanması ilə bağlı interaktiv müzakirələr 

Qeydiyyat üçün adınızı, təşkilatınızın adını (varsa) bu email ünvanına yollayın: [email protected]  (yalnız qeydiyyatdan keçən iştirakçılara qöşulma keçidi yollanacaq).


Paylaş