QHT-lərin imkansız ailələrə yardımları davam edir

Ölkəmizdə yeni növ koronavirusla mübarizə məqsəsi ilə davam edən karantin rejimi müddətində QHT-lərin imkansız ailələrə yardımları davam edir.  

 

Belə QHT-lərdən biri də “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyidir.

 

Nirliyin sədri İradə Əlili qhtxeber.az-a bildirib ki, pandemiya dövründə imkansız ailələrə dəstək olmaq məqsədi ilə bir sıra görüşlər keçirilib.  

 

Bu dəfə Sabirabad rayonunda yaşayan imkansız ailələrlə, Qarabağ müharibəsi veteranları, Şəhid ailələri, Qarabağ müharibəsində itkin düşmüş qazilərin ailəsi və qazilərlə görüşlər keçirilib. Onlarla karantin rejimi çərçivəsində təhlükəsizlik qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb, onlara imkansız ailələrə sovqatlar verilib.

Fotolar

Paylaş