Pasient Təşkilatlarının I Respublika  Forumu keçiriləcək

27 yanvar 2021-ci il tarixdə  “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika  Forumu keçiriləcək. 
Qeyd edək ki, Forum  dövlət səhiyyə  orqanları ilə   Pasient Təşkilatları  arasında açıq dialoq üçün   milli platformadır. 
Forumda Pasient Təşkilatları  ən aktual səhiyyə məsələlərini nəzərdən keçirərək,  fəaliyyətləri haqqında  tanışlıq üçün təqdimatlarla çıxış edəcəklər.  Habelə müvafiq dövlət səhiyyə strukturları  tərəfindən 2021-ci il üçün tibbi xidmətin  strategiyaları haqqında    təqdimatlar  böyük əhəmiyyət kəsb edəcək.


Paylaş